Xİdmətlərİmİz

"Qaz vasitəsi ilə söndürmə"

Qaz vasitəsi ilə söndürmə

Yanğınsöndürmə sistemləri bu sistemlərdə tətbiq olunan alov söndürən agentin növündən (məsələn: su, köpük, təmiz təsirsiz və sintezləşdirilmiş qazlar kimi) asılı olaraq fərqlənirlər. Yanğın hadisəsi zamanı yanğından mühafizə edilən obyektin xüsusiyyətindən asılı olaraq, bu və ya digər alov söndürmə agentindən istifadə olunur. Alov söndürən agentlər sırasında FM200 markalı sintezləşdirilmiş qaz məxsusi bir yer tutur. Təcrübə onu göstərmişdir ki, insanların yaşadığı və yaxud çalışdığı yerlərdə və həmçinin, bahalı elektron avadanlığı və ya qiymətli şeylərin saxlandığı yerlərdə, arxivlərdə və anbarlarda FM200 qazının tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki, su və yaxud köpük, server və ümumiyyətlə kompüter texnikasına zərər verə, bu texnikanı sıradn çıxara bilər. FM200 qazından istifadə zamanı isə belə təhlükə istisna edilir. Qaz vasitəsilə yanğınsöndürmə sistemindən istifadə zamanı yanğın baş verən yerdə yanma prosesinin getməsinin qeyri-mümkün edilməsi üçün, burada məxsusi bir qaz mühiti yaradılır. FM200 sintezləşdirilmiş qazın tətbiqinin bir sıra üstünlükləri vardır. Bu üstünlüklərin bəzilərini nəzərdən keçirək. Əvvəla, sintezləşdirilmiş qazdan istifadə edilməsinin ən mühüm üstünlüyü - onun həm insan üçün, həm də ki, elektron avadanlıq üçün təhlükəsiz olmasıdır. Yanğının söndürülməsi zaman qaz elə konsentrasiyada istifadə olunur ki, insan həyatı və səhhəti üçün təhlükə kəsb etməsin. FM200 qazının tətbiqi zamanı otağın havasında olan oksigenin konsentrasiyası 3%-ə qədər azalır. Havanın belə tərkibi yanğının davam etməsi üçün kifayət olmamaqla bərabər, buradakı adamların çətinlik çəkmədən nəfəs almalarına imkan verir. Bahalı elektron avadanlıqlar və həmçinin qiymətli sənədlər saxlanan yerlərdə də FM200 sintezləşdirilmiş qazından istifadə çox əlverişlidir. Bu cür yerlərdə yanğın baş verən zaman FM200 qazı tətbiq edildikdə, yarana bilən ən ziyanlı effekt – burada hərarətin çox cüzi şəkildə aşağı düşməsi ola bilər. Bu da ki, elektronikaya heç bir mənfi təsir etmir. Qaz avadanlığın aşınmasına (korroziyasına) gətirib çıxarmır və cərəyan keçirmir. Onilliklər ərzində yaradılan kağız sənədli arxivlər, kompüterlərin və serverlərin yaddaşlarında saxlanılan unikal məlumat bazaları bir çox hallarda əvəzi heç bir şeylə ödənilə bilməyən qiymətsiz materiallardan ibarət olur. Serverlərdə və sairə məlumat saxlama yerlərində saxlanan məlumatların bir anın içərisində itirilə bilməsi riski isə hər zaman mövcuddur. Məhz bu səbəbdən də, məlumatların və onların daşıyıcılarının qorunması nöqteyi-nəzərindən qaz vasitəsilə yanğınsöndürmə qurğularının quraşdırılması ən effektiv vasitədir. Qaz vasitəsilə söndürmənin üstünlüklərindən biri də - yanğının söndürülməsinə sərf olunan vaxtdır. Aparılmış təcrübələrin nəticələri və real yanğınların söndürülməsi barədə məlumatlar göstərir ki, FM200 sintezləşdirilmiş qazın tətbiqi zamanı yanğın 15 saniyə ərzində dayandırılır. Sistemin daha bir üstünlüyü də onun çox yığcam olması və saxlanıldığı məkanda böyük yer tutmamasıdır. Qaz vasitəsilə yanğınsöndürmə sistemində yanğın söndürən agent mayeləşdirilmiş şəkildə balonlarda saxlanılır. Bu sistem etibarlıdır – çünki, paralel şəkildə həm elektrik (sızmaya nəzarət cihazları) və həm də vizual (manometrlərdən istifadə olunmaqla) monitorinq tətbiq edilir. Bu sistem, həm də uzunömürlüdür – onun istismar müddəti 30 ildən yuxarıdır. Beləliklə, əgər bütün bu sadalananlara ümumi nəzər yetirsək, onda görərik ki, FM200 qazı vasitəsilə yanğınsöndürmə sistemi ən yüksək yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Hətta bəzi hallarda isə (məsələn, telekommunikasiya avadanlığı, çox sayda kompüterlər və serverlər olan yerlərdə) bu sistem yeganə məqbul variant olur.