Xİdmətlərİmİz

"Audio video domofon"

Audio video domofon

Müasir audio-, videodomofon sistemləri yaşayış yerinin təhlükəsizliyinin təmin edilməsi işində ən etibarlı və effektiv vasitələrdən biri sayılır. Bu sistemlər arzuedilməyən və çağırılmayan “qonaqların” mənzilə daxil olmalarına məhdudiyyət qoymağa imkan verir. Audio-, videodomofon – ikitərəfli danışıq qurğusudır. Bu qurğu, otağın içində olan şəxsə bura girmək istəyən adamı eşidərək, videorabitə olduğu halda isə hətta görərək, onunla əlaqə saxlamağa və yalnız bundan sonra bu adamı buraxıb-buraxmaması barədə qərar qəbul etməyə imkan verir. Evin içində olan insanın təhlükəsizliyi, gələn şəxslə bilavasitə kontaktın olmaması yolu ilə təmin edilir. Bu zaman ev sahibi içəri daxil olmaq istəyənlə zəruri bildiyi hər hansı bir əlaqə formasını qurmaq ixtiyarında olur. Audio-, videodomofon sahibi qapıda dayanmış adamla rabitəyə girib onun gəlişinin məqsədini dəqiqləşdirə bilər, yaxud da ki, gələnin özünü şübhəli apardığını görüb, onunla heç bir kontakt qurmaya da bilər. Domofonlar çoxmərtəbəli evlərin girişlərində olan kodlu kilidləri əvəz etmişlər. Təcrübə göstərdi ki, kodlu kilidlər kənar şəxslərin qapalı yerlərə daxil olması qarşısında effektiv maneə rolunu oynaya bilmədi. Belə ki, adətən bu kilidləri açmaq üçün lazım olan kod çox sadə, bir-iki rəqəmlə yığılır. Bir müddət istifadə olunduqdan sonra isə tez-tez basılan lazımi kod düymələri yeyilir və digərlərindən açıq-aşkar şəkildə fərqlənməyə başlayır. Bu da binaya daxil olmaq istəyən hər bir kəsə kodun neçə olduğunu bəlli edir. Audio-, videodomofon sistemləri – giriş qapısından içəri daxil olmaq istəyən kənar adamların yolunda ciddi maneədir. Təbii ki, evin girişində kənar adamların, çağırılmamış qonaqların, yeniyetmələrin səs-küylü kampaniyalarının olmaması isə burada təmizliyə riayət olunmasını, qayda-qanunu və sakitliyi təmin etməyə imkan verir. Audio-, video sistemlər şəhərətrafı evlər üçün də əvəzedilməz bir tapıntıdır. Çünki, burada adətən evin giriş qapısından hasarın alaqapısına qədər kifayət qədər böyük məsafə olur. Videodomofon rabitə olduğu zaman isə bu böyüklükdə məsafəni qət etməyə ehtiyac duyulmadan kimin gəldiyindən xəbər tutmaq olur. Sakinlərin rahatlığını təmin etmək üçün elektron audio-, video-domofonlar vasitəsilə otaqda bir neçə çağırış paneli və ya bir neçə danışıq qurğusu quraşdırmaq imkanı da vardır. Audio-, videodomofonlar digər mühafizə sistemləri ilə sinxronlaşdırıla da bilərlər ki, bu da yaşayış yerinin daha yüksək təhlükəsizlik səviyyəsinin təmin edilməsinə gətirib çıxarar.