Audit, monitorinq və konsaltinq
Şirkətimizin təqdim etdiyi xidmətlər sırasında Sifarişçinin hər hansı bir obyektinin audit edilməsi xidməti də vardır. Bəs ümumiyyətlə audit nə deməkdir? Bu məqalədə nəzərdən keçirilən halda audit - müvafiq və zəruri, ölçən və nəzarətedici avadanlıqlarla təchiz edilmiş mütəxəssislər tərəfindən hər hansı yanğın və ya partlayış təhlükəsizliyi normalarına uyğunluğun yoxlanılması deməkdir. Auditə sifariş olunmuş bütün otaqların, ərazilərin və həmçinin potensial təhlükəli zonaların qəbul edilmiş yanğın, alovlanma və yaxud partlayış təhlükəsizliyi normalarına müvafiqliyinin yoxlanılması daxildir. Audit yoxlanılmasından sonra isə çatışmazlıqların aradan qaldırılması üçün zəruri texniki vasitələrin və təşkilati tədbirlərin yazılı şəkildə siyahısı işlənib hazırlana və Sifarişçiyə təqdim edilə bilər. Hazırlanan siyahı dəqiq şəkildə müəyyən edilmiş texniki şərtlərə malik olaraq, göstəriş xarakterlidir. Göstərişin şərtlərinin yerinə yetirilməsi, obyektin Dövlət Komissiyası tərəfindən qəbul edilməsi üçün kifayət olur. Əlbəttə, lazımi yanğın təhlükəsizliyi səviyyəsini müxtəlif üsullarla əldə etmək mümkündür. “MAS Group” şirkətinin ekspertləri həmişə konsultativ (məsləhət) formada (yəni, hələ konsaltinq xidmətləri göstərərək, yazılı sihahını təqdim etməmişdən əvvəl) yanğın əleyhinə normalara müvafiq olan həllərin bütün mümkün variantlarını təsvir edə bilərlər. Həll variantları isə sifarişçinin maliyyə imkanlarından, onun münasib işçi heyətinin mövcudluğundan, estetik tələblərinin və digər məqamların dərəcəsindən asılı olur. Bütün bunlar sifarişçinin tələblərinə ən yaxşı tərzdə cavab verən və müzakirə edilən obyekt üçün ən optimal olan variantı seçməyə imkan verir. Məsələn, yüksək zərərlilik dərəcəsi olan yerlərdə, otaqlarda texniki vasitələrin tətbiqi daha məqsədəuyğundur. Əksinə, əgər hər hansı bir səbəbdən obyektdə daimi növbətçi personal qalırsa, bu halda avtomatikanın sadələşdirilmiş sistemlərini tətbiq etmək mümkün olur. Hətta bu zaman, mərkəzləşdirilmiş müşahidə pultuna qoşulma sxemini tətbiq edərək, ikili monitorinq sxemini də təklif etmək olar. Məsələn, bir sifarişçi qənaət nöqteyi-nəzərindən divar xaricində çəkilən məftilləri bu müəssisədə kifayət qədər çox olan polad boruların içi ilə aparmağı təklif edə bilər, digərini isə heç xaricdə istehsal olunmuş plastik örtük də qane etməz – çünki o, telsiz xəbərdaredicilərə üstünlük verir və s. “MAS Group” şirkəti yanğın əleyhinə monitorinqi bütün mövcud olan üsullarla həyata keçirmək iqtidarındadır. Belə üsullara artıq yuxarıda qeyd edilmiş yoxlamalardan başlayaraq, Mərkəzləşdirilmiş Müşahidə Pultunda operativ növbətçiliyə qədər bütün variantlar daxildir. Müşahidə, videogörüntülərin təhlilini edən intellektual sistemlərinə qoşulmuş video-müşahidə kameraları ilə və həmçinin, yanğın lövhələri vasitəsilə obyektlərin monitorinqi yolu ilə aparılır.